Çin Respublikasının nüfuzlu liderlərindən biri Den Syaopin tərəfindən irəli sürülən Çin səciyyəli sosializm quruculuğu, sosialist bazar iqtisadiyyatının inkişafı və Çinin dünyada tanıdılması yönümlü “islahatlar siyasəti və aşkarlıq” siyasi-iqtisadi kursunun elan edilməsindən 40 il keçir. Bu hadisə ilə əlaqədar Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çinin “Sinxua” İnformasiya Agentliyinə müsahibə verib. R.Abbasov müsahibəsində Çində aparılan islahatlar və aşkarlıq siyasətini belə şərh edib: ”Bu siyasət müasir dövrdə Çinin iqtisadi, elmi-texniki və mədəni cəhətdən inkişafı istiqamətində beynəlxalq əhəmiyyətə malik bir ölkənin modernləşdirilməsinə yönəlib. Həyata keçirilən həmin siyasət nəticəsində Çin dünyanın daha dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Bununla Çin iqtisadiyyatı, nəinki qloballaşma prosesinin mühüm iştirakçılarından birinə çevrilə bilib, həm də inkişaf etmiş, eləcə də inkişafda olan ölkələrin bazarına daxil olmağa müvəffəq olub, bununla da dünya iqtisadiyyatının, həmçinin dünya valyuta-maliyyə bazarının böhranı zamanı çox mühüm ticarət gücünə çevrilib. Hazırda modernləşdirmə siyasətinin əsas məqsədi orta təbəqənin da olduğu güclü, demokratik, sivil və müasir sosialist dövlətinin yaradılması, millətin böyük dirçəlişi barədə Çin arzusunun həyata keçirilməsidir”.
Professor R. Abbasov onu da qeyd edib ki, ÇKP XIX qurultayında ÇXR-in Sədri Sin Cinpin islahatların dərinləşməsinin mühüm əhəmiyyətini xüsusi vurğulayıb, islahatların əsas məqsədinin Çin səciyyəli sosializm cəmiyyəti quruculuğunun təkmilləşdirilməsi və daha da inkişafı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, əsas vəzifə mövcud sistemin modernləşdirilməsi işinin və dövlət idarəçiliyi potensialının daha da gücləndirilməsidir. Bütün bu məsələlərlə yanaşı, siyasi islahatların daha da dərinləşməsi, demokratiyanın və hüquq sahəsində işlərin daha da inkişaf etdirilməsi, uyğun cəmiyyətin formalaşdırılması məsələlərinin həlli də qarşıya məqsəd kimi qoyulub. “Şübhəsiz, bu gün 40 ildə aparılan islahatlar və aşkarlıq siyasətinin nəticələri bizi fərəhləndirir. Çin uzun illərdir ÜDM istehsalına görə dünyada ikinci yerdədir, xarici ticarət və xarici investisiyanın həcminə görə də dünyanın aparıcı ölkələri ilə bir sıradadır. İslahatların və aşkarlığın 40 illik təcrübəsi sübut etdi ki, Çinin bu cür irəliləməsi perspektivləri dünyanın inkişafı, dirçəlişi və stabilliyi perspektivləri ilə möhkəm əlaqədardır. Çin bundan sonra da qarşılıqlı bəhrələnmə, həmçinin dünyada müstəqil, xarici sülh siyasəti və sabitlik prinsipləri əsasında aşkarlıq strategiyasına əməl etməyə hazırdır. Bu baxımdan Çin islahatlar siyasəti ilə dünyaya hərtərəfli aşkarlığın yeni yaradıcılıq fenomenini təqdim etməyə müvəffəq olub. Bu, hər şeydən əvvəl, ”birgə məsləhətləşmə, birgə quruciluq, birgə istifadə” prinsipinə əsaslanan “Bir zolaq, bir yol” təşəbbüsünün həyata keçirilməsi ilə əlaqədardır. R. Abbasov onu da xüsusi olaraq qeyd edib ki, ölkəmiz tarixən dostluq və hərtərəfli əməkdaşlıq telləri ilə bağlı olub, bu səbəbdən islahatlar və aşkarlıq siyasətinin nəticələrinə xüsusu maraq göstərir”. Çinin Avrasiya ölkələri ilə əməkdaşlığının interaktiv inkişafı iqtisadi inkişaf siyasətinin balanslaşdırılmış qaydada aparılmasına imkan verir. Məlum olduğu kimi, keçən il Azərbaycanla Çin Respublikası arasında diplomatik münasibətlərin yaranmasının 25 ili tamam olub. Hal-hazırda Çin Azərbaycanın dünyada əməkdaşlıq etdiyi beş nəhəng tərəfdaşından biridir. Çin və Azərbaycan arasında nəqliyyat, rabitə, kənd təsərrüfatı, tikinti, maşınqayırma, yüngül sənaye sahələrində yaranmış əməkdaşlıq əlaqələri müvəffəqiyyətlə davam edir. Əgər 1992-ci ildə ölkələrimiz arasında əmtəə mübadiləsi 1,5 ABŞ dolları həcmində olubsa, hazırda Çin tərəfin investisiyasını nəzərə almaqla, bu rəqəm 1 milyard ABŞ dolları həcmindədir. Eyni zamanda Böyük İpək Yolunun mərkəzində yerləşən Azərbaycan Çinin bu çərçivədə həyata keçirilən nəhəng nəqliyyat və yükdaşımalar sahəsində layihələrinin mühüm iştirakçısıdır. Bu gün Azərbaycanın “Bir zolaq, bir yol” proqramında daha da fəal iştirakı müşahidə olunur. Bu, hər şeydən əvvəl, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabr ayının 15-də Çinə etdiyi tarixi səfərlə əlaqədardır. Rəsmi görüş zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə birgə “İpək Yolu İqtisadi Zolağı”nın yaradılmasının daha da inkişafı ilə əlaqədar qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Bu sənəd hər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi üçün əsaslı zəmin olub. Qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycan və Çin Transxəzər Nəqliyyat xətti layihəsinin həyata keçirilməsi sahəsində də əməkdaşlıq edir. Bütün bunlar Çinin aşkarlıq siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsinin, həmçinin yeni tipli beynəlxalq münasibətlərin yaradılması və “Birgə taleyi bölüşən insan cəmiyyətinin” formalaşmasının əyani göstəricisidir.
ADU-nun Mətbuat Xidməti