Turizm və Menecment Universitetinin əməkdaşı beynəlxalq konfransda məruzə edib

Turizm və Menecment Universitetinin əməkdaşı beynəlxalq konfransda məruzə edib Rusiya Federasiyasının Povoljski Dövlət Texnologiya Universitetində “İnsan və cəmiyyət qlobal transformasiyalar çağrışı qarşısında” mövzusunda elmi konfrans keçirilib. Fəlsəfə, sosial, iqtisadi, pedaqoji, mexanika, informasiya texnologiyaları, inşaat, ekologiya və s. sahələri əhatə edən aktual məsələlərin qloballaşma kontekstində analitik təhlilinə və müzakirəsinə həm xarici, həm də Rusiyanın nüfuzlu universitetlərindən onlarla alim, aspirant, magistrant qatılıb.
Ali məktəbin Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Emin Quliyevin konfransda “Azərbaycan-Rusiya münasibətlərinin bu ölkələrin sosial-iqtisadi inkişafına təsiri“ mövzusunda məruzəsi maraqla qarşılanıb.
Tədbirdə cəmiyyəti narahat edən məsələlərin səmərəli həllinə nail olunmasından ötrü davamlı elmi araşdırmaların aparılması, yekun nəticələrin müvafiq ali təhsil müəssisələrinin tələbələri, magistrantları, aspirantlanları tərəfindən mənimsənilməsi qərara alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər