Azərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edib

Azərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov “Qlobalistika-2017: qlobal ekologiya və davamlı inkişaf” mövzusunda V Beynəlxalq elmi konqresdə çıxış edib.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) keçirilən konqresdə 35 ölkədən mindən artıq alim, o cümlədən Nobel mükafatı laureatları, tanınmış elmi qurumların və assosiasiyaların rəhbərləri iştirak ediblər.
UNESCO-nun himayəsi altında təşkil olunan konqres qlobal tədqiqatlar sahəsində dünyada nüfuzlu elmi forumlardan sayılır.
MDU, E.M.Primakov adına Elmi-Tədqiqat və Moskva Dövlət Beynəlxalq Münasibətlər institutları tərəfindən təşkil olunan konqres çərçivəsində 12 mövzuda sessiyalar, “dəyirmi masa”lar, konfranslar, simpoziumlar, master-klaslar və forumlar keçirilib. Konqresdə əsasən “Davamlı inkişaf”, “Qlobal idarəetmə və təhlükəsizlik”, “Qloballaşma və təhsil”, “Təhlil və menecment”, “Qlobal etika və yeni humanizm”, “İnsanın və təbiətin ekologiyası”, “Qlobal universal dəyərlər: interpretasiya və mənalar”, “Sosial transformasiyaların idarə olunması”, “Qlobal diplomatiya və beynəlxalq münasibətlər”, “Qloballaşma kontekstində sivilizasiyaların qarşılıqlı münasibətləri” və digər mövzularda məruzələr dinlənilib.
Fuad Məmmədov konqresin “Davamlı inkişaf” və “Qlobal diplomatiya və beynəlxalq münasibətlər” sessiyalarında “Qlobal dünyanın davamlı və təhlükəsiz inkişafı üçün kulturologiyanın strateji əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim, həmçinin “Sosial transformasiyalar” üzrə UNESCO məktəbinin ikigünlük kurslarını aparıb.
Professor Fuad Məmmədovun konqresdəki çıxışları alimlər tərəfindən yüksək qiymətləndirilib və tədbirin yekun məruzəsində qeyd olunub.
Konqres çərçivəsində Fuad Məmmədov beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə Moskva şəhər hökumətinin medalı və UNESCO-nun “Sosial transformasiyaların idarə olunması” sertifikatı ilə təltif edilib.

Azərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edibAzərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edibAzərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edibAzərbaycanlı alim beynəlxalq elmi konqresdə çıxış edib

Təhsil-press.az

Oxşar xəbərlər