Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində bu ali məktəbin botaniki coğrafiya kafedrasının yaradılmasının 100 illiyi münasibətilə “Biocoğrafiyanın aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Doxsana yaxın alimin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev təmsil edib.
Tədbirdə azərbaycanlı alimin “İntroduksiya şəraitində oduncaqlı bitkilərin toxumlarının coğrafi keyfiyyət dəyişkənliyi” mövzusunda məruzəsi dinlənilib. Vahid Fərzəliyev məruzəsində müqayisəli rentgenoqrafik tədqiqatlar nəticəsində öyrənilən oduncaqlı bitkilərin təbii arealında və introduksiya şəraitində toxumların coğrafi keyfiyyət dəyişkənlikləri haqqında məlumatları təqdim edib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransda, həmçinin müasir tədqiqatlar və gələcək elmi istiqamətlər müzakirə edilib. Proqram çərçivəsində bitki örtüyünün müasir tədqiqi, xüsusilə məsafədən zondlama üsullarının tətbiqi məsələlərinə mühüm yer ayrılıb.
Səfər çərçivəsində V.Fərzəliyev Sankt-Peterburq Botanika Bağı və burada yeni yaradılan bitki kolleksiyaları ilə tanış olub.
Kəmalə Rəhimli