Avropanın ən hündür yaşayış göydələni tikilir - Video

Avropanın ən hündür yaşayış göydələni tikilir - Video Rusiyanın Moskva şəhərində Avropanın ən hündür yaşayış göydələninin tikintisi davam edir. Bu barədə Moskva merinin müavini Marat Husnullin İnstaqram hesabında məlumat verib.
Onun sözlərinə görə, “One Tower” göydələninin tikintisi bir neçə ildən sonra yekunlaşacaq.
Qeyd edilir ki, bina “Moskva-Siti”nin ərazisində tikilir. Göydələnin hündürlüyü 400 metrdən çox olacaq. Yerin üstündə 101, altında isə 3 mərtəbə tikiləcək.
Layihəyə əsasən, binada yaşayış evləri ilə yanaşı ofislər, ticarət obyektləri, eləcə də yeraltı parkinq olacaq.



Tehsil-press.az

Oxşar xəbərlər