Ən hündür qüllə, yaxt-klub, hava limanı... - “Xəzər adaları” xarici mətbuatda + Video

Ən hündür qüllə, yaxt-klub, hava limanı... - “Xəzər adaları” xarici mətbuatda + Video Rusiyanın “RBK” informasiya agentliyi yaxın 10-20 il ərzində tikiləcək ən qeyri-adi şəhərlərin siyasını tərtib edib.
Sözügedən siyahıda Bakının “Xəzər adaları” da yer alıb.
“Memarlar Xəzər dənizində ümumi sahəsi 30 kv.km. olacaq 41 süni ada yaratmaq istəyir. Layihəyə 2011-ci ildə start verilib, 2014-cü ilə qədər bir çox göydələnlər tikilib və çimərlik zonası açılıb. 800 min sakin üçün nəzərdə tutulan yaşayış evlərindən savayı, “Xəzər adaları”nda “Formula-1” yarışları üçün trek, yaxt-klub, hava limanı və 150 km. uzunluğunda bulvar tikiləcək. Daha bir gələcək rekordçu – “Azərbaycan” qülləsi. Onun ehtimal olunan hündürlüyü 1050 metrdir. Bu da BƏƏ-dəki dünyanın ən hündür binası kimi qəbul edilən “Bürc-Xəlifə” göydələnindən 222 metr çoxdur. “Azərbaycan” qülləsinin tikintisinin bu il, bütün arxipelaqın isə 2022-ci ildə yekunlaşması planlaşdırılır”, - “RBK” yazıb.



Tehsil-press.az

Oxşar xəbərlər