Hövsanda Məhəmməd Füzulinin yubileyinə həsr olunmuş tədbir keçirilib

Hövsanda Məhəmməd Füzulinin yubileyinə həsr olunmuş tədbir keçirilib Bu günlərdə Bakı şəhəri Hövsan qəsəbəsi Mirzəağa Əliyev adına Mədəniyyət Evində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ölkəmizin tanınmış mədəniyyət, ictimai xadimləri ilə yanaşı yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri: elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə, aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əkrəm Bağırov, böyük elmi işçilər fil.ü.f.d. Tünzalə Seyfullayeva, fil.ü.f.d. Aytən Quliyeva, Sonaxanım Hadiyeva, elmi işçilər Mircəfər Seyidov və Xoşqədəm Rzayeva iştirak ediblər.
Ədəbi məclisdə digər füzulişünas alimlərlə yanaşı, dosent Əzizağa Nəcəfzadə “Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatın intellektual poeziyanın zirvəsi kimi”, dosent Əkrəm Bağırov “Orta əsr təzkirələrində Füzuli”, böyük elmi işçi Sonaxanım Hadiyeva “Füzuliyə yazılan təxmislər”, elmi işçi Mircəfər Seyidov “Müasir Azərbaycan nəsrində Füzuli təsiri” mövzularında məruzələr etmişlər. Məruzəçilər şairin poetik irsinin özəlliklərindən, əsərlərindəki obraz palitrasından, qəzəl, qəsidə, müxəmməs və poemalarında sənətkarlıq məsələlərindən ətraflı söhbət açmışlar.
Xatirə gecəsi muğam ustalarının ifasında səslənən Füzuli poeziyası nümunələrdən ibarət konsertlə davam edib.

Mətbuat Xidməti

Oxşar xəbərlər