Dekabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat” kitabının təqdimatı olub.
Kitabın redaktoru və “Ön söz”ün müəllifi, Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, rəyçisi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludur.
Tədbirdə çıxış edən akademik Rafael Hüseynov 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladıb, bunun dövlətimizin ədəbiyyata, mədəniyyətimizə, klassik irsə göstərdiyi münasibətin parlaq nümunəsi olduğunu söyləyib. Bildirib ki, Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir. Ruhun azadlığın ifadəçisi olan Nəsiminin dili və şəxsiyyəti əslində qeyd edilən 100 illik müstəqilliyimizin davamıdır. Yüksək bəşəri humanizmi ilə dünya şöhrəti qazanmış, anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, aşıq yaradıcılığı, qoşma və divani kimi janrların poetik təkamülündə müstəsna rolu olan dahi şair Nəsimi və onun poeziyasının ideya-bədii siqləti barədə “Nəsimi ili” ərzində bir çox dəyərli elmi əsərlər yazıldı və yazılmaqdadır.
Akademik 1973-cü ildə böyük mütəfəkkirin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu xatırladıb. Qeyd edib ki, ötən əsrdə Nəsimi haqqında bədii film çəkilib, abidəsi ucaldılıb, yaradıcılığına müraciət olunub, sözlərinə çoxlu mahnılar bəstələnib, haqqında araşdırmalar aparılıb, dissertasiyalar yazılıb.
Diqqətə çatdırılıb ki, muzeyin əməkdaşları tərəfindən “Nəsimi ili”nə mühüm töhfələr verilib, ölkəmizdə və xaricdə şairin yaradıcılığına, fəlsəfəsinə həsr olunan məqalələr, eləcə də “Məkansız və zamansız Nəsimi” kitabı işıq üzü görüb. O, təqdim olunan yeni nəşrin hürufi şairin XV əsrdə, Hələb şəhərində edamı səhnəsi və bu qətldən sonra Suriyada, ona yaxın dövlətlərdə baş verən iğtişaşlara, mühüm tarixi hadisələrə işıq salan qiymətli elmi mənbə olduğunu deyib.
Rafael Hüseynov kitabın poliqrafik cəhətdən yüksək nəfis tərtibatla “Şərq-Qərb” nəşriyyatında çap olunduğunu söyləyib, yeni nəşrə ədibin divanının heç bir nüsxəsində təsadüf olunmayan 11 və yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeirinin daxil edildiyini vurğulayıb.
Tədbirdə professor Şirindil Alışanlı, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüb, Qəzənfər Paşayevin elmi yaradıcılığından, fəaliyyətinin müxtəlif istiqamətlərindən və Nəsimi ilə bağlı tədqiqatlarından söz açıblar. Bildirilib ki, ömrünün çox hissəsini Nəsimiyə həsr edən alimin yaradıcılığında Nəsimi tədqiqatları xüsusi yer tutur.
Sonra professor Qəzənfər Paşayev kitabın ərsəyə gəlməsindən söz açıb, hələ XVII əsrdə Hələbi ziyarət edən səyyah alim Övliya Çələbinin böyük mütəfəkkiri Şeyx Nəsimi adlandırması, Nəsiminin adının Hələbdə küçəyə verilməsi və s. məsələlərdən danışıb, şairin həyat və yaradıcılığına yeni dəyərlər prizmasından baxmaq zərurətinin ortaya çıxdığını söyləyib. Q.Paşayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, professor Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat” əsərində qismətinə bol-bol kədər və sevinc payı düşən şairin taleyi və poetik irsinə indiyədək ölkəmizdə elm aləminə məlum olmayan faktlar, xüsusən də onun edamı ilə bağlı məsələlər öz əksini tapıb. Monoqrafiyada yer alan “Suriyaya tarixi səfər”, “Edamdan sonrakı həyat”, “Nəsimi obrazı bədii həyatda”, “Bədii fikir tariximizdə Nəsimi zirvəsi”, “Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatları”, “Nəsimi irsinin tədqiqinə yeni mərhələ” fəsilləri tamamilə yeni elmi qənaətləri ehtiva edir. Oxucular onun da şahidi olacaqlar ki, Nəsimi aşıq poeziyasının inkişafında misilsiz xidmətlər göstərib. Azərbaycan ədəbiyyatında aşıq şeiri şəkilləri - ”Əlif-lam”, “Tərs əlifba”, “Gəraylı”, “Bağlama-deyişmə”, “Qıfılbənd bağlamalar”ın ilk yaradıcı Nəsimi olub.
Monoqrafiyada vurğulandığı kimi, Nəsiminin ən böyük xidməti doğma ana dilini o vaxt dövlət dili olan ərəb və fars dilləri səviyyəsinə qaldırması olub. Bu, böyük hünər idi. Bu hünərin arxasında doğma dilə, xalqa, mədəniyyətə sonsuz məhəbbət dururdu. Kitabda çox əhəmiyyətli yeri “Nəsimi irsinin tədqiqində yeni mərhələ” fəsli tutur.
“Nəsimi: edamdan sonrakı həyat” monoqrafiyası nəsimişünaslıqda yeni olan faktlarla zəngindir.
Tehsil-press.az