Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Nəsimi-650” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Nəsimi yaradıcılığının ədəbi-bədii, fəlsəfi aspektlərindən söz açıb. Vurğulayıb ki, İmadəddin Nəsimi Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb. Mütəfəkkir şairin dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Bakı Dövlət Universitetinin (BDU) professoru Mətanət Abdullayeva “Nəsiminin bədii-fəlsəfi dünyagörüşünün elmi əsasları” mövzusunda çıxış edib. Qeyd olunub ki, Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin əsasını qoyub, söz sənətimizi forma və məzmunca zənginləşdirib, özündən sonrakı nəsillər üçün zəngin ədəbi irs qoyub gedib. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar siyasi, ictimai, əxlaqi mövzularda əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində fəlsəfi qəzəlin əsasını qoyub. Zərrədə Günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimi insanları gözəl və çirkin deyə ikiyə bölmürdü, milli ayrı-seçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şеirlərində insana, onun ləyaqətinə, qüdrətinə olan yüksək inamını tərənnüm еtməklə insanı həyatın yaradıcısı kimi vəsf еdib.
Dəyirmi masada BDU-nun dosenti Sevinc Qocayevanın “Ənənəvi mifoloji görüşlər Nəsimi yaradıcılığında fəlsəfi məzmun daşıyıcısı kimi”, Nəzakət Məmmədlinin “İmadəddin Nəsimi və Dante şeirində axirət motivləri”, Nazilə Səfərlinin “İmadəddin Nəsiminin fəlsəfi görüşləri”, Sevda Sadıqovanın “Nəsimi yaradıcılığında insan konsepti”, Aytən Hacıyevanın “Nəsimi lirikasında Avropa intibahı ilə səsləşən cəhətlər” mövzularında məruzələri dinlənilib.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.

ADU-nun Mətbuat Xidməti