Çilinin məşhur xəbər portalında Azərbaycan haqqında məqalə dərc olunub

Çilinin məşhur xəbər portalında Azərbaycan haqqında məqalə dərc olunub Çilinin məşhur xəbər portalı olan “Epicentro Chile”də Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Yasin Cəfərovun Azərbaycan, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti və Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə məqaləsi dərc olunub.
Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və həmin dövrdə həyata keçirilən islahatlardan bəhs olunur.
Bundan başqa, məqalədə Azərbaycanın İkinci Dünya müharibəsi zamanı Qələbənin əldə olunmasında rolundan söhbət açılır.
Məqalədə, həmçinin XX əsrin 80-ci illərində Ermənistanda yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması siyasətindən, 1990-cı ilin 20 Yanvar hadisələrindən, Azərbaycan xalqının küçələrə axışaraq müstəqilliyini yenidən əldə etməsindən bəhs olunur.
Müəllif vurğulayır ki, hazırda Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanın yenidən müstəqillik əldə etməsindən 29 il ötür. Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biri hesab olunur. Burada müxtəlif dinlərə və mədəniyyətlərə mənsub xalqlar sülh və harmoniya içərisində yaşayırlar. Azərbaycanlılar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dünyanın hər yerində böyük fəxrlə qeyd edirlər. Azərbaycanın bütün ölkələrlə mehriban münasibətləri var. Uzaq məsafəyə baxmayaraq, onun Çili ilə mövcud olan 25 illik münasibətləri bu gün də davam edir. Sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün dünyanın bu gün həmrəyliyə çox ehtiyacı var və bu baxımdan Azərbaycan öz öhdəsinə düşən vəzifəsini layiqincə yerinə yetirir.

Tehsil-press.az

Oxşar xəbərlər