Bakı Mühəndislik Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Azərbaycan uğrunda həmrəylik!” adlı əyləncəli-bədii tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri iştirak edib.
Universitetin rektoru, professor Havar Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müəllim və tələbələri təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. 1991-ci ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qəbul olunmuş qərarla keçirilən həmrəylik günü bayramı indi dünyanın 100-ə yaxın ölkəsində qeyd olunur. Dünyanın bir çox ölkəsində azərbaycanlıların diaspora təşkilatları fəaliyyət göstərir. İndiyədək bir neçə dəfə xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün Dünya Azərbaycanlılarının Qurultayı keçirilib. Dövlət başçısı İlham Əliyev tərəfindən də xalqımızın birliyi, həmrəyliyi üçün mühüm işlər görülür.
Tədbirdə o da qeyd olunub ki, bu gün bütün dünyada, hər bir azərbaycanlının evində, ailəsində bir bayram var. Bu bayram Azərbaycan qürurunu mənliyində yaşadanların bayramıdır. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir.
Tədbirin bədii hissəsi universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə tələbələrin ifasında rəqslər, səhnəciklər və mahnılarla davam edib.

BMU-nun Mətbuat Xidməti