Bakı Slavyan Universitetində (BSU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş mötəbər sənət adamları iştirak ediblər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Himnin ardından çıxış edən universitetin rektoru, professor Nurlana Əliyeva bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən mənəvi ehtiyaca çevrilib. 31 dekabrın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynadığını deyən rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin bu müdrik siyasəti hər bir azərbaycanlıya başucalığı gətirir. N.Əliyeva deyib: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün dünya azərbaycanlıları tərəfindən hər il təntənə ilə qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə təkan verib”. Nurlana Əliyeva bu əlamətdar günün dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir.
N.Əliyeva dünyada yaşayan söydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verdiklərini xüsusi vurğulayaraq bu istiqamətdə görülən işlər sayəsində mühüm nailiyyət və uğurlara nail olunduğunu söyləyib. Çıxışının sonunda N.Əliyeva tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bird aha təbrik edərək onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıb.
Bayram tədbiri bədii hissə ilə davam edib. Rəngarəng müsiqi çələngi ilə çıxış edən xalq artisti Natəvan Şeyxova, tanınmış saksafon ifaçısı Rafiq Seyidzadə, müğənni, cazmen Cavan Zeynallı, xalq artisti Gülyanaq Məmmədovanın ifaları tədbirı daha da maraqlı edib. Sonra tədbir BSU-nun “Arzu” rəqs ansamblı və özfəaliyyət dərnəyinin hazırladığı rəqslər və mahnılardan ibarət konsert proqramı ilə davam edib.
BSU-nun Mətbuat Xidməti