İtaliyanın aparıcı “Easy Viaggio” turizm portalında “Azərbaycanın paytaxtı Bakının ecazkar məkanları” adlı məqalə dərc olunub.
Təhsil-press.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Asiyanın ən böyük və ən qədim şəhərlərindən biri olan, qədimliyin və müasirliyin qovuşduğu Bakıda yerli mətbəxin təamlarından dadmaq, xalçalar almaq və dünyanın ən gözəl metrolarından biri ilə səyahət etmək mümkündür.
Bu ilin yanvar ayından “ASAN Viza” sisteminin tətbiq edildiyi, bunun Azərbaycana səfər etmək üçün vizaların daha rahat formada almaq üçün əlverişli şərait yaratdığı vurğulanır.
da çoxsaylı görməli yerlərin olduğunu bildirən müəllif qeyd edib ki, Xəzər dənizinin sahilində yerləşən Bakı memarlıq nümunələri ilə zəngindir. Burada qiymətlər də münasibdir. Siz Dənizkənarı Milli Parkda gəzə, velosiped sürə və dünyanın ən hündür dirəyində dalğalanan Azərbaycan bayrağına tamaşa edə bilərsiniz.
Şəhərin müxtəlif yerlərinə getmək üçün turistlərə metrodan istifadə etmək məsləhət görülür. Bildirir ki, Bakı metrosunda qiymətlər çox münasib, stansiyalar isə gözəldir. Bakı üçün xarakterik nəqliyyat vasitəsi olan funikulyor isə dəniz sahili ilə şəhərin ən yüksək nöqtəsini birləşdirir.
Müəllif, həmçinin Bakıda az pul xərcləməklə daha çox şey almağın və yeməyin mümkünlüyünü diqqətə çatdırır. Qeyd olunur ki, şəhər turistlərə klassik üslubda inşa edilmiş restoranlarda insanı keçmişə aparan atmosferdə nahar etmək imkanı bəxş edir. Şərq üslubunda mebellər, Azərbaycan xalçaları, qədim xalq çalğı alətlərinin ifasında canlı musiqi bu məkanlarda atmosferi həqiqətən bənzərsiz edir.
Məqalədə “Alov qüllələri” və Azərbaycan Xalça Muzeyi barədə məlumat verilir. Bildirilir ki, Xalça Muzeyinin binası bükülmüş xalçanı xatırladır. Burada müxtəlif əsrlərə məxsus xalça və digər tətbiqi incəsənət nümunələrindən ibarət kolleksiya nümayiş olunur.
Heydər Əliyev Mərkəzi barədə də danışan müəllif qeyd edir ki, memarı Zaha Hadid olan bu şah əsər sovet memarlığına Azərbaycan tərəfindən tutarlı cavabdır.
Məqalədə şəhərin ziyarətçilərinə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki qədim memarlıq abidələrinə - Qız Qalasına, Cümə Məscidinə və Şirvanşahlar Sarayına səfər etmək tövsiyə olunur.
Müəllif yazını bu fikirlərlə yekunlaşdırır: “Bu şəhər möhtəşəm bir kəşfdir. Burada keçmiş ilə gələcək qovuşur. Bakıya səfər etməyə hazırsınızmı?”
Təhsil-press.az