Formula 1 yarışları ilə bağlı Azərbaycanın xərcləri ildən ilə azalır.
Bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai indiyədək Bakıda baş tutmuş Formula 1 yarışlarının nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.
N.Arpadarai bildirib ki, yarış ilk keçirilən zaman inftastrukturun qurulmasına, o cümlədən asfalt örtüyünün çəkilməsinə, reklam işinin aparılmasına xərclər çəkilirdi. Lakin artıq bu xərclər azalıb: "Yarışların keçirilməsi üçün infrastruktur artıq qurulub, reklam işinə o qədər də çox vəsait xərclənmir. Çünki artıq Azərbaycan dünyada kifayət qədər tanınır".
N.Arpadarai vurğulayıb ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu rəqəm 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.
Tehsil-press.az