Nurəddin İBRAHİMOV
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimi
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimi
Müasir inkişaf mərhələsində dövlət kadr siyasətinin əsas məqsədi dövlət idarəçiliyinin institut kimi effektivliyinin və səmərələşdirilməsinin yüksəldilməsidir. Məlumdur ki, dövlət kadr siyasəti hər bir dövlətin adekvat fəaliyyət göstərməsi üçün zəruridir.
Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılmışdır. Dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını almışdır. Respublikamızın prezidenti cənab İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki, bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verməkdədir. Azərbaycana uzun illər rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin apardığı siyasətin mərkəzində də məhz bu istiqamət prioritet idi. Ümummilli lider Heydər Əliyev nitqlərində qeyd edirdi: “Dövlət idarəçiliyində səmərəli, təşəbbüskar, xalqını düşünən kadrların idarəçiliyə cəlb edilməsi vacibdir”.
Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyev gənclər siyasəti sahəsində bir sıra qanunlar qəbul edilmiş, müxtəlif illər üzrə inkişaf konsepsiyaları hazırlanmış, gənclər sektorunda görünməmiş uğurlara imza atılmışdır. 2019-cu ildə dövlət başçısının apardığı kadr və struktur islahatları ilə yadda qalan proseslərdə də, perspektivli və təcrübəli gənclərin dövlət idarəçiliyində mühüm postlara təyin olunmasının kifayət qədər nümunələrini görmək mümkündür. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycanda insan inkişafının daha da yüksəlməsinə, əhalimizin sosial-iqtisadi problemlərinin həllinə yönəlir. Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyəti yüksək olan, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr bazasını genişləndirmək bu gün dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Belə ki, gənclərin dövlət idarəçiliyinə cəlb olunması, onların potensialının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılması, könüllülük hərəkatının genişləndirilməsi mühüm tələbə çevrilib. Gənc kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. Eyni zamanda gənc kadrların üzərinə çox böyük məhsuliyyət düşür. Bizlər öyrənərək öyrətməyə bacarmalıyıq və dövlətimizin etibarlı əllərə verilməsi üçün layiqli kadrlar yetişdirilməsi üçün əlimizdən qələni etməliyik. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün ölkəmizdə aparılan islahatlar dövlətimizin qarşısında təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durmaqdadır.
Bu baxımdan, təbiidir ki, indi idarəetmə kadrlarının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək ekstremal vəziyyətlərdə düzgün, məntiqli qərar qəbul etmə, konkret şəraitə uyğun vəzifələrin öhdəsindən gəlmə, mühakimə bacarığına malik olmaq kimi keyfiyyətlərə yiyələnməlidirlər. Onlar dövlət idarəçiliyində bu kimi keyfiyyətlərini ortaya qoymağı bacarmalıdırlar. Odur ki, bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi-nəzəri səviyyəsi yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır. Bunun üçün tədris prosesinin təşkili, onun forma və metodları da inkişaf etdirilməli, təkmilləşdirilməlidır. Bir sıra məmurlar tərəfindən dövlət orqanlarının fəaliyyətində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyət səviyyəsinin aşağı olması, dövlət xidmətlərinin göstərilməsi zamanı standartların pozulması halları cəmiyyətdə birmənalı qarşınamır. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfındən göstərilən xidmətlərdən vətəndaşların narazı qalması, vətəndaş məmnunluğunun təmin olunmaması dövlətin apardığı islahatlarla, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri ilə ziddiyyət təşkil edir. Bu baxımdan, dövlət başçısının yeni təfəkkürlü insanların, kreativ düşüncəyə malik, vətənpərvər kadrların irəli çəkilməsini qeyd etməsi günümüzün reallığıdır. Bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması, mühüm dövlət postlarına rəhbər vəzifəyə gətirilməsi kadr siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır. Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilir. Təsadüfi deyildir ki, 2019-cu il iyulun 26-da Prezidentinin Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Müsabiqədə məqsəd intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının inkişaf etdirilməsidir.
Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi üçün layiqli və ədalətli seçimin aparılması üçün prosedur mövcuddur. Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, dövlət idarəçiliyində gənc kadrların müəyyənləşməsi, yüksəlməsinin təbii proses olaraq aparılması üçün də Prezident öz tövsiyələrini vermişdir. Dövlət başçısı bu prosesin xüsusi kampaniya kimi deyil, gənclərin təcrübəli insanların bilik və bacarıqları gənc inkişaf etdirilməsi kimi başa düşülməsini tövsiyə etmişdir. Cənab Prezidentin təyin etdiyi mərkəzi və yerli icra hakimiyyətlərinin rəhbərləri qəbul etməsi, onlara zəruri tapşırıqlar verməsi, o cümlədən əhali ilə sağlam münasibətlərin qurulması istiqamətində verdiyi tövsiyələrdə bu prosesə aydın izah verilir. Cənab Prezidentin: “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır. Yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, – sözləri dövlət idarəçilik sahəsində işləyən bütün rəhbərlərə aid olmalıdır. Bu məsələyə konseptual formada yanaşmaq tələb olunur, dövlətin kadr siyasəti elmi əsaslar üzərində qurulmalı, yeni kadr siyasətinin elmi platforması işlənilməlidir.
Kadrların aşağı səviyyədə olması dövlət hakimiyyət orqanlarının işində problemlər yarada bilər. Peşəkarlığı aşağı səviyyədə olan və təsadüfi kadrların sayını mininuma