Azərbaycan Texniki Universitetinin (AzTU) maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov, xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının əməkdaşı Fariz Əmirov Almaniyaya səfər çərçivəsində bu ölkənin Brandenburq Texniki Universitetində (BTU) olublar.
Azərbaycanlı alimlər BTU-nun, Enerji təminatı və enerji effektivliyi beynəlxalq şəbəkəsinin (NESEFF) birgə təşkilatçılığı ilə “Brandenburq Texniki Universitetində MDB və Şərqi Avropa günləri” mövzusunda keçirilən beynəlxalq elmi-texniki konfransda məruzələrlə çıxış ediblər.
Tədbirdə “AzTU-da tədris və tədqiqat” mövzusunda təqdimatla çıxış edən Ərəstun Məmmədov konfrans iştirakçılarını Azərbaycanda maşınqayırma sahəsindəki mövcud elmi potensialı öyrənməyə çağırıb.
Təqdimatdan sonra BTU-nun nümayəndələri AzTU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.
Konfrans çərçivəsində “Mühəndis elmləri günü” mövzusunda keçirilən iclasda AzTU-nun alimlərinin də elmi məruzələri dinlənilib. Tərəfdaş universitetlərin nümayəndələrinin diqqətinə çatdırılıb ki, AzTU ixtisas-peşə hazırlığı və ixtisas fənlərinin tədrisinin alman dilində aparılması üçün kifayət qədər kadr və elmi-texniki potensiala malikdir.
Maşınqayırma sahəsi üzrə tələbə mübadiləsini, ikili diplom verilməsi ilə nəticələnəcək birgə bakalavr və magistr hazırlığı üçün tədris planının işlənməsini asanlaşdırmaq, qısa vaxtda bu istiqamətdə real nəticələrin əldə edilməsi üçün universitetlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması qərara alınıb. Həmçinin müvafiq istiqamətdə tədbirlər planı işlənib hazırlanıb.
Gələcəkdə AzTU ilə BTU arasında əməkdaşlıq müqavilələrinin imzalanması məqsədilə Almaniyanın bu ali təhsil ocağının nümayəndələri Bakıya, AzTU-nun əməkdaşları isə təmsil etdikləri universitetin beynəlxalq əlaqələrini genişləndirmək üçün Çexiyanın Liberek Texniki Universitetinə, Polşanın Vrotslav Texniki Universitetinə və Zelenoqursk Universitetinə, Rusiyanın və Ukraynanın bir sıra ali təhsil müəssisələrinə dəvət olunublar.
Qeyd edək ki, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində maşınqayırma sahəsi üzrə universitetlərarası əməkdaşlığın qurulması haqqında imzalanan müqavilənin şərtlərinə əsasən 2010-cu ildən AzTU-BTU əməkdaşlığı davam edir. AzTU-nun əməkdaşları, magistrantları dəfələrlə BTU-da təşkil olunan elmi-texniki konfranslarda məruzələrlə çıxış edib, təcrübə mübadiləsi keçiblər.

AzTU-nun Mətbuat Xidməti