Azərbaycan Texniki Universitetində (AzTU) Dünya Bankının “Azərbaycanda dəmir yolu və logistikanın inkişafı” layihəsini reallaşdırmaq üzrə hazırlığa başlayan missiyanın üzvləri ilə görüş keçirilib.
Görüşdə rektor Vilayət Vəliyev son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturunun qlobal çağırışlara uyğun qurulması sahəsində görülən işlər ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadəyə imkanlar açır. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin hədəflərindən biri ölkəmizin beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilməsidir.
Rektor AzTU-nun Azərbaycanda nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən, kadr hazırlayan yeganə ali təhsil ocağı olduğunu, bu yaxınlarda universitetdə ölkə ali məktəbləri praktikasında ilk olan “Nəqliyyat və logistika fakültəsi”nin yaradıldığını vurğulayıb.
Professor Vilayət Vəliyev qonaqların diqqətinə çatdırıb ki, rəhbərlik etdiyi universitetin iqtisadiyyatın müxtəlif sahələri üçün kadr hazırlamaqla bağlı ciddi potensialı var. AzTU-nun bir ay əvvəl müəyyənləşdirdiyi elmi araşdırma istiqamətləri sırasında logistika sisteminin qurulması və tranzit yükdaşımaları mövzuları da yer alıb.
Logistika sahəsində kadr problemi olduğunu deyən Dünya Bankının “Transport Europe” sektorunun nəqliyyat üzrə baş iqtisadçısı Viktor Araqones bu ixtisas ilə bağlı müzakirə açmağı planlaşdırdıqlarını və AzTU-da artıq belə fakültənin açılmasından məmnun qaldıqlarını bildirib. Qeyd olunub ki, layihənin təşəbbüsçüsü “Azərbaycan Dəmir Yolları” QSC-dir və onun komponentlərindən biri dəmir yolu, logistika sahəsində kadr potensialını, mütəxəssis hazırlığını gücləndirməklə bağlıdır.
Gender üzrə mütəxəssis Nato Kurşitaşvili Azərbaycanın nəqliyyat sektorunda gender bərabərliyinə dair fikirlərini bölüşüb və Dünya Bankının öz layihələrinin icrasında bu məsələni diqqət mərkəzində saxladığını qeyd edib.
Görüşdə layihə üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub, işbirliyi üçün AzTU-nun geniş imkanları vurğulanıb.

Mətbuat Xidməti