Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “GAIA OPTİKON” proqramı çərçivəsində yerüstü müşahidələr və yeni beynəlxalq əməkdaşlıq imkanları” mövzusunda növbəti astroseminar keçirilib.
Astroseminarda Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri, professor Nəriman İsmayılovun mövzu üzrə məruzəsi dinlənilib.
N.İsmayılov bildirib ki, “OPTİKON” hazırda Gaia missiyası çərçivəsində həyata keçirilən yerüstü kosmik teleskoplar şəbəkəsindən ibarətdir. Onun əsas missiyası Gaia kosmik peykinin müşahidələrində aşkar edilmiş bütün qeyri-adi xassəli tranzient obyektlərin yerüstü müşahidəsini həyata keçirməkdir. Belə obyektlər qeyd olunur, kataloqlaşdırılır və yerüstü teleskoplar tərəfindən müşahidə edilir. Beləliklə, yeni aşkar edilmiş kosmik obyekt haqqında maraqlı məlumatlar toplanır. Bunlar astrofizikanın ən müxtəlif sahələrini əhatə edən obyektlərdir (ifratyeni alışmaları, qravitasiya linzaları, cavan ulduzlar, rentgen mənbələri, kvazarlar və s.).
Məruzəçi Şamaxı Astrofizika Rəsədxanasının da artıq bu proqrama qoşulması üçün “OPTİKON” rəhbərliyinin Avropadakı təşkilatından razılıq alındığını bildirib. O qeyd edib ki, yaxın gələcəkdə bu beynəlxalq layihəyə ŞAR-ın teleskopları da qoşulacaq.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az