Doktoranturaya astrofizika və ulduz astronomiyası ixtisası üzrə imtahan keçiriləcək

Doktoranturaya astrofizika və ulduz astronomiyası ixtisası üzrə imtahan keçiriləcək Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya astrofizika və ulduz astronomiyası ixtisası üzrə imtahan olacaq.
Şamaxı Astrofizika Rəsədxanasından Tehsil-press.az-a bildirilib ki, imtahan AMEA-nın prezidentinin 4 yanvar 2019-cu il tarixli 1 nömrəli sərəncamına əsasən keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər