Həyatımızda bəzən sevinc, bəzən üzüntü, bəzən də əsəb və gərginlik o həddə çatır ki, özümüzdən asılı olmayaraq əllərimiz əsir. Bunun keçici bir hal olduğunu qəbul edərək o qədər də əhəmiyyət vermir, üstündən ötüb keçirik. Əllər həmişə əsirsə, bunun səbəbi nədir?
Sualı ünvanladığımız Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva Tehsil-press.az-a deyib: “Çox emosional adamların əlləri daim əsə bilər, lakin əsəblərin sakitləşməsi ilə titrəmə də keçib gedir. Əllərdə əsmənin səbəblərindən biri də depressiyadır. Depressiv halın inkişafı hərəkətlərdə kəskinlik və sərtliyin yaranmasına, nəzarətin itməsinə səbəb olur. Bəzi dərman preparatları, məsələn, psixostimulyator, antidepressiant, neyroleptik və litium preparatlarının qəbul edilməsi də əllərdə tremoru artıra bilər. Çay, qəhvə və alkoqollu içkilərin artıq miqdarda qəbulu da əlləri əsdirə bilər, çünki spirtli içkilər sinir hüceyrələrinin susuzlaşmasına və məhvinə səbəb olur. Osteoxondroz zamanı beyin qan dövranının zədələnməsi də əllərin bərk əsməsinə aparıb çıxarır. Bəzən güclü fiziki gərginlik provakasiyaedici faktor olur. Belə tremor uzunmüddətli ağır işdən və ya fiziki məşqlərdən sonra artır. Əllərdə qısamüddətli əsmənin əmələ gəlməsinə səbəb olan amillərdən biri də soyuq hava şəraitidir.
Həmin xəstəliklər müalicə tələb etməsə də, onlara səbəb olan faktoru aradan qaldırmaqla əllərin əsməsinin qarşısını almaq olar. Lakin iki həftədən artıq davam edən və getdikcə artan tremor həkimə müraciəti və ətraflı müayinəni zəruri edir”.
Həkim-terapevtin dediyinə görə, bunlardan başqa bəzi xəstəliklər və psixoloji hallar da əsməni artıra bilər: “Məsələn, ağır metallar, dəm qazı və başqa toksiki maddələrlə zəhərlənmə, alkoqol abstinsensiyası, qanda şəkər səviyyəsinin düşməsi və toksik zob zamanı tremor güclənir.
Patoloji tremor beyin kötüyü, qabıqaltı strukturlar və beyinciyin zədələnməsi səbəbi ilə yaranan əl əsməsinin daimi olması ilə fərqlənir. Həmin xəstələrin həkim nəzarətində olması və vaxtında müalicə edilməsi olduqca vacibdir. Ailəvi tremorun dəqiq səbəbi məlum olmasa da, genetik yolla ötürüldüyü məlumdur, çünki o irsən keçir, əsasən orta yaşlardan sonra özünü büruzə verir, lakin uşaq yaşlarından da başlaya bilər.
Parkinson xəstəliyinin səbəbi qabıqaltı strukturların zədələnməsi və dofamin sintezinin azalmasıdır. Parkinsonizm zamanı müşahidə olunan əl əsməsi sakit vəziyyətdə olur. Xəstə əlləri ilə sanki pul sayır və ya kürə yuvarlayır. Hər hansı bir hərəkətə başladıqda isə titrəmə zəifləyir və ya tamamilə itir. Xəstəlik adətən 50 yaşdan sonra inkişaf edir”.
Tehsil-press.az