AzMIU-da elmi müşavirə keçirilib

AzMIU-da elmi müşavirə keçirilib AzMİU-da “Elmi tədqiqat fəaliyyətinin aktual məsələləri”nə həsr olunmuş müşavirə keçirilib. Giriş sözü ilə tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova elmi tədqiqat sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər və gələcək vəzifələr barədə danışıb.Rektor vurğulayıb ki, elmi tədqiqatların elmin inkişafında, universitetin həyatında rolu böyükdür, bu sahəyə xesusi diqqət yetirilməlidir.
“Elmi tədqiqat işlərinin aktual problemləri” mövzusunda çıxış edən AzMİU-nun elmi işlər üzrə prorektoru, professor Arif Şərifov elmi tədqiqat işlərinin istehsalata tətbiqi, plagiat proqramlarının hazırlanması, patetntlərin gətirilməsinin gücləndirilməsi və digər məsələlərdə ortaya çıxan problemlərə toxunub.
Tədbirdə iştirak edən Standartlaşdırma, meterologiya və patent üzrə dövlət komitəsinin Patent ekspertizası şöbəsinin böyük mütəxəssisi Nailə Əliyeva “Patent işləri sahəsində ümumi anlayış, iddia sənədlərinin tərtibi, müddət və rüsumlar” mövzusunda çıxış edib. Məruzəsindən sonra o, tədbir iştirakçılarının çoxsaylı suallarına cavab verib.
AzMİU-nun Elmi tədqiqat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Könül Əliyeva AzMİU-nun informasiya resursları barədə ətraflı məlumat verib, universitet kitabxanasının yenidən qurulması istiqamətində görülən işləri diqqətə çatdırıb. O, alimlərin xarici ölkələrdə dərc olunan jurnallarda , dövri nəşrlərdə məqalələrinin sayının artmasını müsbət hal kimi qiymətləndirib, eyni zamanda bu istiqamətdə müəyyən problemlərin olmasını da istisna etməyib.
Doktorantura şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Zöhrab Xəlilov doktorantura və dissertantura vasitəsilə elmi kadrların hazırlanması məsələsinə toxunub, müşahidə olunan çatışmazlıqlardan danışıb, problemlərin həlli üçün təkliflər səsləndirib.

AzMİU-nun Mətbuat Xidməti


AzMIU-da elmi müşavirə keçirilibAzMIU-da elmi müşavirə keçirilibAzMIU-da elmi müşavirə keçirilib

Oxşar xəbərlər