Bakı Dövlət Universiteti Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə Hüquq fakültəsində Clarivate Analytics şirkətinin (Tomson Reyters Agentliyi) əməkdaşları - elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə və Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova maarifləndirmə işlərini aparmaq məqsədilə həyata keçirilən “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara dəstək” adlı layihə üzrə silsilə təlimlər çərçivəsində növbəti treninq keçiriblər. Təlimdə Hüquq, Tarix, Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, İlahiyyat, Jurnalistika, Kitabxanaçılıq-informasiya fakültələrində çalışan gənc alimlər və doktorantlar işirak ediblər.
Layihənin əsas məqsədi mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarə edilmə prinsipləri və s. mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir.
Tədbirdə elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat verib.
Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova isə elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı layihə iştirakçılarını məlumatlandırıb.
Mətbuat və informasiya şöbəsi