AMEA-nın Radiasiya Problemləri İnstitutu və akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə institutun direktoru, akademiyanın müxbir üzvü Oqtay Səmədov 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini və ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-sinin ölkəmizdə Gənclər Günü elan edildiyini xatırladıb. O, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu istiqamətdə dövlət başçısı tərəfindən bir sıra sərəncam və fərmanların imzalandığını bildirib.
O.Səmədov Radiasiya Problemləri İnstitutunun gənc alim və mütəxəssislərinin akademiyanın elmi-ictimai həyatında fəal iştirak etdiyini deyib, hazırda müəssisədə 145-ə yaxın gənc elmi işçinin çalışdığını və onların əksəriyyətinin elmi işlərini müdafiə etdiyini bildirib. Alim, həmçinin gənclərin elmi-tədqiqat işlərinin nəticələrinin yüksək impakt faktorlu jurnallarda dərc olunduğunu diqqətə çatdırıb.
İnstitutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva ölkə rəhbərliyinin təşəbbüsü ilə “Yüksəliş” müsabiqəsi keçirildiyini, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli gənclərin müəyyən edilməsi üçün respublikada kadr ehtiyatı bankının yaradıldığını bildirib. O, müəssisənin gənc tədqiqatçılarını müsabiqədə fəal iştirak etməyə çağırıb. Bundan əlavə, gənclərin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən hazırlanan “Elmi kadrlar” Milli İnformasiya Sistemindən istifadə etmələrinin zəruriliyi qeyd olunub.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov son illərdə ölkəmizdə gənclərin elmi-ictimai fəaliyyətinin artırılmasına dair mühüm işlərin görüldüyünü bildirib. Qeyd edib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, eyni zamanda, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilib. F.Salmanov, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc alimlərin fəaliyyətinin stimullaşdırılmasının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasının, asudə vaxtlarının səmərəli keçirilməsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyib.
Daha sonra Radiasiya Problemləri İnstitutunun 2019-cu ildə elmi-ictimai fəaliyyətinə görə fərqlənən gənc alimləri Nərmin Quliyeva, Samir Səmədov və Fərqan Əsədova diplom və pul mükafatları verilib.
Tehsil-press.az