Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə bu elmi müəssisənin direktoru, akademik Nailə Vəlixanlı gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən akademik N.Vəlixanlı AMEA-da gənclərin elmi fəaliyyəti üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan F.Salmanov qeyd edib ki, dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində gənc alimlərimiz cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.
Digər çıxış edənlər də əlamətdar gün münasibətilə gənc alimləri təbrik edib, uğurlar arzulayıblar.
Sonra muzeyin bir qrup gənc aliminə fəxri fərmanlar təqdim olunub.

Kəmalə Rəhimli