Türkiyədəki təyyarə qəzasının səbəbi açıqlandı - Qəza anı

Türkiyədəki təyyarə qəzasının səbəbi açıqlandı - Qəza anı Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Mehmet Cahit Turhan İzmir-İstanbul aviareysini həyata keçirən və Sabiha Gökçen hava limanında uçuş zolağından çıxaraq parçalanan təyyarənin qəzaya uğramasının səbəbini açıqlayıb.
Nazir “Pegasus” hava yollarına məxsus laynerin sərt eniş etdiyini və bu səbəbdən sürüşərək uçuş zolağından çıxdığını bildirib.
“Hazırda bizdə olan məlumatlara görə, ölüm faktı yoxdur. Sərnişinlər təxliyyə olunublar. Yaralılar xəstəxanalara yerləşdirilib. 177 sərnişindən 2-si uşaq, 6-sı heyət üzvüdür. Təyyarə sərt eniş səbəbindən zolaqdan çıxıb və dərəyə yuvarlanıb. Təyyarədə parçalanma olub. Hələlik pilotlarla əlaqə saxlaya bilməmişik. Hadisə yerinə 32 təcili yardım göndərilib”.
Qəza anının videosunu təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər