“Moon” təriqəti Cənubi Koreyada növbəti kütləvi toy mərasiminə imza atıb.
6 min cütlüyün evləndirildiyi toy paytaxt Seul şəhərinin Gapyeong mahalında təşkil olunub.
İlk dəfə Çinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan yeni koronavirusun yaratdığı qorxu və narahatlıq içərisində gerçəkləşdirilən toyda ciddi təhlükəsizlik tədbirləri görülüb. Cütlüklər yoxlanıldıqdan sonra məkana daxil olublar və onlara maskalar verilib.
Qeyd edək ki, “Moon” təriqəti 1954-cü ildə Şimali Koreyadan Cənubi Koreyaya qaçan keşiş Sun Myung Moon və həyat yoldaşı Hak Ja Han Moon tərəfindən təsis edilib. “Moon” İsanın ona göründüyünü və Məsihi seçdiyini iddia edir.
Təriqət kütləvi toy mərasimlərinə 1960-cı illərdə başlayıb.
Xatırladaq ki, dünyanın 20-dən çox ölkəsində yayılan virusa Cənubi Koreyada 23 nəfər yoluxub.
Tehsil-press.az