Xəzər Universitetində laboratoriyaların bioloji təhlükəsizlik tədbirlərinə dair seminar keçirilib

Xəzər Universitetində laboratoriyaların bioloji təhlükəsizlik tədbirlərinə dair seminar keçirilib Xəzər Universitetinin yuxarı kurs tələbələri üçün “Laboratoriyaların bioloji təhlükəsizlik səviyyələrinə görə təsnifatı və laboratoriyalarda biotəhlükəsizlik, biomühafizə tədbirləri” mövzusunda seminar keçirilib.
Tədbirdə ABŞ-ın bioloji təhlükənin azaldılması proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən laboratoriyalarının biotəhlükəsizlik üzrə təlimçisi Könül Quliyeva “Laboratoriyalarda biotəhlükəsizlik və biomühafizə tədbirləri”, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Şəlalə Zeynalova “Laboratoriyaların biotəhlükəsizlik səviyyələrinə görə təsnifatı” mövzusunda çıxış ediblər.
Təlimçilər fərdi mühafizə vasitələrini əyani nümayiş etdirərək, bioloji təhlükə zamanı onların istifadəsini praktik olaraq göstəriblər.

Tehsil-press.az



Oxşar xəbərlər