AzMİU-da buraxılış işlərinin müdafiəsi davam edir

AzMİU-da buraxılış işlərinin müdafiəsi davam edir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) imtahan sessiyası yekunlaşmaq üzrədir. Bütün fakültələrdə bakalavr pilləsinin IV kursunu bitirən məzunların bir qismi dövlət imtahanı verir, bəziləri isə buraxılış işləri müdafiə edirlər.
Memarlıq fakültəsində bakalavr tələbələrin növbəti buraxılış işlərinin müdafiəsi keçirilib. Buraxılış işlərinin müdafiəsinə 7 nəfərdən ibarət Dövlət Attestasiya Komissiyası nəzarət edir. Komissiyanın sədri Bakı şəhərinin baş memarı Akif Abdullayev, üzvləri Memarlıq fakültəsinin dekanı, dosent Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyevdir. Buraxılış işlərinin mövzularına uyğun olaraq tələbələr komissiya üzvlərini məlumatlandırır, müəllimlərin suallarını cavablandırır, opponentlər tərəfindən müsbət rəy alırlar.
Yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndiriləcək, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.

AzMİU-nun Mətbuat Xidməti


 AzMİU-da buraxılış işlərinin müdafiəsi davam edir AzMİU-da buraxılış işlərinin müdafiəsi davam edir

Oxşar xəbərlər