Meksikanın Azərbaycandakı səfiri ADA Universitetinin prorektoru ilə görüşüb

Meksikanın Azərbaycandakı səfiri ADA Universitetinin prorektoru ilə görüşüb Universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə görüşüb.
Görüşdə tərəflər həyata keçirilmiş birgə layihələr haqqında danışıb, eyni zamanda, 2019-cu ildə təməli qoyulan hüquqi bazaya, ələlxüsus, Anlaşma Memorandumuna toxundular. Bu xüsusda, sözügedən sənədin təqdim etdiyi imkanları, başlıca olaraq, tələbələr üçün mümkün qarşılıqlı təlim və mübadilə sxemlərini müzakirə etdilər.
Bundan əlavə, meksikalı tələbələrinin Azərbaycanda, azərbaycanlı tələbələrinin Pueblada yay təlim və tədris kursları daxil olmaqla, ADA Universiteti ilə Pueblanın Amerikas Universiteti (UDLAP) arasında əməkdaşlıq məsələləri haqqında danışıldı.

Tehsil-press.az

Oxşar xəbərlər