Amerikalılar nüvə silahını da çıxarsın – Alman deputat

Amerikalılar nüvə silahını da çıxarsın – Alman deputat Amerikalılar öz qoşunlarını çıxarmaq istəyirsə, onda nüvə silahlarını da aparmalıdırlar.
Bunu Almaniya Bundestaqının deputatı Ditmar Barç ABŞ-ın Berlindəki səfiri Riçard Qrenellin Pentaqonun öz bazalarını Polşaya yerləşdirə biləcəyi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
Deputatın sözlərinə görə, ABŞ Almaniyadakı nüvə arsenalını Polşaya deyil, yalnız öz ölkəsinə yerləşdirə bilər:
“Nüvə silahının Polşaya yerləşdirilməsi Rusiya ilə münasibətlərin birdən-birə kəskinləşməsinə səbəb olacaq. Bu da Almaniya və Avropanın maraqlarına ziddir”, - Barç bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər