ABŞ-ın Avropadakı qoşunlarının komandanı, ordu generalı Kurtis Skaparotti ötən gün Senatın hərbi işlər komitəsindəki dinləmələr zamanı Rusiyanın dünyadakı və Qarabağ münaqişəsindəki destablizəedici rolu barədə sensasion bəyanatlar səsləndirib.
Tehsil-press.az ABŞ-ın Avropa Komandanlığının rəsmi saytına istinadən xəbər verir ki, general Skaparotti Rusiyanın keçmiş sovet respublikalarındakı münaqişələrin nizamlanmasını əngəllədiyini bildirib.
General Dnestryanı münaqişəsi haqda danışarkən deyib ki, Rusiya münaqişənin hərtərəfli nizamlanmasından sonra bu bölgədən qoşunlarını çıxarmağa hazır olduğunu bildirir. Lakin Rusiya “5+2” formatında aparılan danışıqlarda Dnestryanı münaqişəsinin hərtərəfli nizamlanmasına dair müzakirələri əngəlləməkdə davam edir.
“Moskva həm Ermənistanı, həm Azərbaycanı silahlandıraraq Dağlıq Qarabağ münaqişəsində destablizəedici rol oynmaqdadır. Eyni zamanda Rusiya bu münaqişənin nizamlanması üçün beynəlxalq öhdəçiliyə əsasən ATƏT-in Minsk Qrupuna həmsədrlik etməli olduğu halda Ermənistan ərazisində hərbi baza saxlamaqda davam edir”-general Skaparotti bildirib.
ABŞ-ın Avropa Komandanlığının rəhbəri onu da deyib ki, Rusiya Birləşmiş Ştatların regiondakı ən güclü tərəfdaşlarından olan Gürcüstanı da bütün gücüylə zəiflətməyə, sıradan çıxarmağa çalışır. 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiya və Abxaziyanı işğal edəndən sonra Gürcüstanın bu regionlarında uzunmüddətli qeyri-stabillik ocaqları yaradılıb.
“Balkanlarda isə Rusiya avropa və transatlantik inteqrasiyanı əngəlləmək üçün etnik gərginlikdən istifadə edir. 2016-cı ildə Rusiya Bosniya-Hersoqovina və Montenegrodakı siyasi proseslərə açıq müdaxilə edib”-general bildirib.
Kurtis Skaparotti deyib ki, Rusiya öz fəaliyyətində hərbi alətlərlə yanaşı dezinformasiya və ictimai rəyin manipulyasiyasından da istifadə edir. O, Moskvanın ABŞ, Fransa və digər ölkələrdə seçkilərə müdaxilə cəhdlərini yada salıb. Bildirib ki, Rusiya qonşu ölkələrdəki etnik ruslarla bağlı aqressiv təbliğat kampaniyası aparır, bu və ya digər yollarla özünün dünyadakı hakimiyyətini gücləndirməyə, Qərbi nüfuzdan salıb zəiflətmyəə çalışır. Skaparotti Rusiyanın Əfqanıstanda “Taliban” terror təşkilatına da dəstək verdiyini, onu silahla təchiz etməyə başladığını deyib.
Tehsil-press.az