Beynəlxalq Frankofoniya Günləri münasibətilə Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyi Frankofoniya şeir müsabiqəsi elan edib.
Müsabiqənin əsas məqsədi tələbələr arasında fransız dilində yaradıcı yazı bacarıqlarının inkişafında maraq oyatmaqdır. Şərtlərə görə, müsabiqədə Mərkəzi və Şərqi Avropa üzrə Frankofoniya Universitet Agentliyinə üzv olan universitetlərin fransızdilli bakalavr və magistr tələbələri iştirak edə bilərlər. Qaliblər üçün bakalavr və magistr kateqoriyaları təyin ediləcək.
Müsabiqədə iştirak etmək qaydaları:
-fransızca bir şeir yazmaq (səhifə A4, Arial 11, sətir 1) və özünəməxsus bir başlıq seçməli;
-şeir orijinal xəttatlıq üslubunda foto və ya orijinal bir rəsmlə müşayiət edilməli;
-iştirakçı 2019-2020-ci tədris ili üçün tələbə vəsiqəsini / universitetə daxil olma şəhadətnaməsini əlavə etməli (fransız dilinə tərcümə ilə);
-şeir və şəkli [email protected] elektron poçtuna (Frankofoniya şeir müsabiqəsi mövzusu əlavə edilərək) martın 1-dək göndərilməlidir;
-ən yaxşı şeirlər münsiflər heyəti tərəfindən təyin ediləcək.
Seçim nəticələri isə martın 20-də www.auf.org/europe-centrale-orientale saytında dərc ediləcək. Ən yaxşı şeirlərin sahibləri (hər iki kateqoriyada) AUF tərəfindən mükafatlandırılacaq;
İştirakçıların müəllif hüquqları AUF tərəfindən tam şəkildən qorunacaq.
Tehsil-press.az