Azərbaycan və Gürcüstanın universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Gürcüstanın universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.
Görüşdə əsasən, Azərbaycan və Gürcüstanın universitetləri arasında əlaqələrin inkişaf perspektivləri, elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadiləsi və s. məsələlər müzakirə olunub.
Səfir Dursun Həsənov deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Ayrı-ayrı universitetlər arasında əməkdaşlığın genişlənməsi ölkələrimiz arasındakı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Rektor Giorgi Şarvaşidze rəhbərlik etdiyi universitetdə azərbaycanlı tələbələrin təhsil aldığını, onlara elmin bütün sirlərinə yiyələnmək üçün hər cür şəraitin yaradıldığını bildirib.
Bildirilib ki, Azərbaycan universitetlərində də gürcü tələbələr təhsil alırlar. Onlar da təhsilin səviyyəsindən və yaradılan şəraitdən razıdırlar.

Tehsil-press.az

Oxşar xəbərlər