Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov sentyabrın 12-də bu ölkənin nüfuzlu təhsil ocaqlarından biri, Gürcüstanın İlya Dövlət Universitetinin rektoru Qiqa Zedania ilə görüşüb.
Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Səfir Dursun Həsənov ölkələrimiz arasında əsrlərboyu mövcud olan dostluq əlaqələrindən danışıb, ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin səyləri nəticəsində münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.
Diplomat Azərbaycanın və Gürcüstanın elm, təhsil işçilərin arasında məlumat və təcrübə mübadiləsi aparıldığını vurğulayıb, bu xüsusda İlya Dövlət Universiteti ilə əməkdaşlığın vacibliyini qeyd edib.
Rektor Qiqa Zedania Gürcüstanda təhsil sahəsində həyata keçirilən islahatlardan, milli azlıqlar üçün hazırlanmış “1+4” proqramının üstünlüklərindən danışıb. Bildirib ki, bu proqram sayəsində milli azlıqlar, xüsusən də azərbaycanlı abituriyentlər arasında ali məktəblərə qəbul olunanların sayı əsaslı dərəcədə artıb.
Rektor azərbaycanlı tələbələrin təhsilə marağını, cəmiyyətə inteqrasiyasını xüsusi qeyd edib, SOCAR-ın azərbaycanlı tələbələrə yardımını yüksək qiymətləndirib və bu diqqətə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
O, eyni zamanda, Azərbaycan universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Xətayi Əzizov