S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Sumqayıt İdrak liseyındə bilik yarışması keçirilib

S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Sumqayıt İdrak liseyındə bilik yarışması keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Sumqayıt İdrak liseyındə bilik yarışması keçirilib.
Tədbirdə 3, 5, 14, 17, 25, 26 saylı orta məktəblərin və İdrak liseyinin şagirdlərindən ibarət 7 komanda yarışıb.
Şagirdlərə Azərbaycan incəsənətini, mədəniyyətini özündə əks etdirən 30 sual verilib. 3 turdan ibarət olan yarışın nəticələrinə görə İdrak liseyinin komandası I yerə, 5 saylı orta məktəbin komandası II yerə, 3 saylı orta məktəbin komandası III yerə layiq görülüblər. Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər