Dövlət İmtahan Mərkəzi (DİM) ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.
Buraxılış imtahanı fevralın 16-da respublikanın 23 şəhər və rayonunda keçiriləcək.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3178 (Bakıda 1259, Gəncədə 280, Şəmkirdə 77, Gədəbəydə 60, Qazaxda 37, Tovuzda 110, Sumqayıtda 270, Şamaxıda 52, Qaxda 76, Bərdədə 155, Göyçayda 58, Kürdəmirdə 12, Zərdabda 40, Şirvanda 95, Sabirabadda 60, Biləsuvarda 53, Salyanda 52, Saatlıda 88, Lənkəranda 80, Cəlilabadda 88, Qubada 71, Qusarda 37, Xaçmazda 68 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına 33 imtahan rəhbəri, 294 nəzarətçi-müəllim ayrılıb.
Qeyd edək ki, imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından fevralın 10-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Tehsil-press.az