“ATEF Şirkətlər Qrupu” ADNSU ilə əməkdaşlıqda maraqlıdır

“ATEF Şirkətlər Qrupu” ADNSU ilə əməkdaşlıqda maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ATEF Şirkətlər Qrupu”nun nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, “ATEF Şirkətlər Qrupu”nun əməkdaşları İsmayıl Nərimanov, Şirvan Qaraşov, Turan Abdurrəhmanov və Orxan Mehdiyev iştirak ediblər.
ADNSU-nun Elektroenergetika kafedrasının müdiri, dosent Aydın Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının müvafiq Sərəncamını xatırladaraq bildirib ki, bu görüş də təhsil müəssisəsinin 100 illiyi çərçivəsində keçirilən tədbirlər silsiləsindəndir. Son illər universitetin qazandığı uğur və yeniliklərdən danışan A.Əliyev bunun sayəsində müəssisələrdə ADNSU məzunlarına marağın artdığını qeyd edib. O, əlavə edib ki, hazırda universitetlə istehsalat müəssisələri arasında səmərəli əməkdaşlıq mövcuddur.
ATEF Şirkətlər Qrupunun əməkdaşları da çıxışlarında ADNSU-da zamanın tələbinə uyğun kadrlar hazırlandığını vurğulayıblar. Qeyd edilib ki, universitetlə əməkdaşlıq şirkət olaraq onlar üçün maraqlıdır və ADNSU-nun hazırladığı mütəxəssislərə böyük ehtiyac var.
Sonda universitetin 15 tələbəsi ATEF Şirkətlər Qrupunda işlə təmin olunmaq məqsədi ilə müsahibəyə dəvət olunub.

Tehsil-press.az

Oxşar xəbərlər