Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Neft Universitetinin (ÇNU) prorektoru, professor Dong Zhao Xianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə professor M.Babanlı universitetin fəaliyyəti, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında danışıb. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, informasiya texnologiyaları və digər ixtisaslar üzrə də mütəxəssis hazırlığı aparıldığını deyən rektor, eyni zamanda, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) barədə məlumat verib. ADNSU-nun Çin universitetləri ilə çox geniş əlaqələrinin olduğunu vurğulayan M.Babanlı Çin Neft Universiteti ilə tələbə-müəllim mübadiləsi, birgə elmi layihələrin hazırlanması və başqa istiqamətlərdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Professor Dong Zhao Xia təmsil etdiyi ali məktəb haqqında məlumat verib, ÇNU-nun ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə ADNSU ilə Çin Neft Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə müzakirələr aparılıb.

Hikmət Əliyev