Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Polşanın “Strike Plagiarism” anti-plagiat şirkətinin nümayəndələri ilə görüş olub.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı universitetdə anti-plagiat sahəsində görülən işlərdən danışıb. Bu sahədə Təhsil Nazirliyinin böyük dəstəyini vurğulayan rektor artıq müəyyən nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
Polşa universitetləri ilə əlaqələrin əhəmiyyətini qeyd edən professor M.Babanlı anti-plagiat sahəsində bu universitetlərin təcrübəsinin bölüşməyin məqsədəuyğun olduğunu bildirib.
Polşalı qonaqlar ADNSU ilə əməkdaşlığın onlar üçün vacib olduğunu diqqətə çatdırıblar.
Azərbaycanda 10 universitetlə əməkdaşlıq etdiklərini bildirən “Strike Plagiarism” şirkətinin nümayəndələri gələcəkdə bu əlaqələri daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıblar.

ADNSU-nun Mətbuat Xidməti