Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq konfransa ev sahibliyi edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti beynəlxalq konfransa ev sahibliyi edəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin Sakarya Universitetinin nümayəndəsi professor Əhməd Tutar ilə görüşüb.
Görüşdə M.Babanlı rəhbərlik etdiyi ali məktəb ilə Sakarya Universiteti arasında əlaqələrə böyük önəm verdiyini söyləyib.
ADNSU-nun fəaliyyəti, təhsil müəssisəsində qazanılan uğurlardan danışan rektor 2016-cı ildə universitetin müəllimlərinin “Thomson Reuters”də 46 məqaləsinin dərc olunduğunu diqqətə çatdırıb.
Ə.Tutar təmsil etdiyi universitet ilə ADNSU arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə 2017-ci ildə Beynəlxalq türk dünyası kimya elmləri və texnologiyaları konfransına ADNSU-nun ev sahibliyi etməsi məsələsi müzakirə olunub.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər