Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın Berlin Humboldt Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. Almaniya universitetləri ilə əlaqələrdən, həmçinin mübadilə proqramlarından danışan rektor mövcud əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Berlin Humboldt Universitetinin professoru Eva-Maria Aux təmsil etdiyi ali təhsil müəssisəsinin ADNSU ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. O, Erasmus mübadilə proqramı çərçivəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

ADNSU-nun Mətbuat Xidməti