Puta limanındakı gəmidə ölüm

Puta limanındakı gəmidə ölüm Bakının Puta limanında dayanan gəmidə ölüm hadisəsi baş verib.
Hadisə fevralın 26-da gecə saat 01 radələrində qeydə alınıb.
“Caspian Carrier” yükdaşıma gəmisində elektromexanik işləyən, 1951-ci il təvəllüdlü İsmayıl Əliyev Puta limanında dayanmış “Amur 25-28” quru yük gəmisinin göyərtəsi önündə gəzərkən qəfildən gəminin yük anbarına yıxılıb. İ. Əliyev başından zərbə alması nəticəsində vəfat edib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər