BİRLƏŞMİŞ NÜVƏ TƏDQİATLARI İNSTİTUTUNDA AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ İLƏ GÖRÜŞ OLUB

BİRLƏŞMİŞ NÜVƏ TƏDQİATLARI İNSTİTUTUNDA AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRİ İLƏ GÖRÜŞ OLUB Azərbaycanın Rusiya Federasiyasındakı səfiri cənab Rəhman Mürsəlov və səfirliyin nümayəndə heyəti Moskva vilayətinin Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (BNTİ) səfər ediblər. Nümayəndə heyəti ilk olaraq BNTİ-də Azərbaycanın Milli Qrupu (AMQ) ilə görüşüb. Görüşdə BNTİ-nin Azərbaycan üzrə əlaqələndiricisi, Nüvə problemləri laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Yevgeni Yakuşev, Azərbaycanın BNTİ-də Milli Qrupunun rəhbəri Nazim Hüseynov, qrupun nümayəndələri və BNTİ-nin digər səlahiyyətli şəxsləri iştirak ediblər.

Yevgeniy Yakushev qonaqlara BNTİ-nin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib, sualları cavablandırıb.

Daha sonra Nazim Hüseynov AMQ, burada görülən işlərdən danışıb. O, AMQ-nin ölkəyə verdiyi töhfələri əks etdirən təqdimatla çıxış edib.

Fizika İnstitutunun Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov tədbirdə onlayn rejimdə iştirak edib. R.Rüstəmov Azərbaycanın BNTİ-də fəaliyyətinin əhəmiyyətindən danışıb.

Səfirliyin nümayəndə heyəti BNTİ-nin direktoru akademik Qriqori Trubnikovla görüşüb. Görüş çərçivəsində gələcəkdə qarşılıqlı əməkdaşlığın perspektivliyi haqqında ətraflı müzakirələr aparılıb.

Sonda qonaqlar BNTİ-nin laboratoriyaları ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər