Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında Əməkdar incəsənət xadimi, şair, dramaturq Hüseyn Razinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev Hüseyn Razinin Azərbaycan ədəbiyyatı və elmi fikir tarixindəki rolundan danışıb.
Rektor bildirib ki, Hüseyn Razinin zəngin yaradıcılığı universitetin Tarix-filologiya fakültəsinin ixtisaslarında tədris edilir. Ədəbiyyat dərslərində onun əsərləri geniş şəkildə öyrədilir, tələbələrə diplom işləri və dissertasiya mövzularında araşdırma üçün təqdim olunur. Elbrus İsayev Hüseyn Razinin ölkənin ədəbi və elmi sahəsindəki xidmətlərinə görə bir neçə medal və fəxri fərmanla təltif olunduğunu diqqətə çatdırıb, şairin irsinin daha geniş təbliği məqsədilə haqqında yazılmış məqalələrin toplusunun nəşrini təklif edib. Qeyd olunub ki, bu təşəbbüs, böyük mütəfəkkirin irsinin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti Xanəli Kərimli Hüseyn Razi haqqında məqalələrin və beş elmi-tədqiqat işinin olduğunu deyib. O, Hüseyn Razi haqqında hazırlanmış biblioqrafiya barədə məlumat verib və yazıçının dramaturgiya və publisistika sahələrində əvəzsiz rolunu vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının professoru Sədaqət Həsənova ədib haqqında fikirlərini bölüşüb, onun Naxçıvan ədəbi mühitindəki rolundan danışıb. O, XIX əsrdən başlayaraq Naxçıvan ədəbi mühitinin formalaşdığını və çağdaş ədəbi mühit dedikdə, ilk növbədə, Hüseyn Razinin adının çəkildiyini vurğulayıb. Sədaqət Həsənova şairin şeirlərini səsləndirib.
Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının baş müəllimi Seyfəddin Eyvazov Hüseyn Razinin tamaşaya qoyulmuş əsərlərindən bəhs edib. "Arxalı dağlar" və "Odlar diyarı" pyeslərini xüsusi vurğulayan müəllim, ədibin poetik yaradıcılığının dərin təsirə malik olduğunu qeyd edib.
“Fəlsəfə və sosial iş” kafedrasının professoru Hüseyn Razinin oğlu Məmməd Rzayev atasının ədəbi irsi və yaradıcılığı haqqında danışıb, onun ədəbiyyatımıza verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Məmməd Rzayev tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri görkəmli şair Hüseyn Razinin seçilmiş şeirlərini səsləndiriblər.
Sonra Məmməd Rzayev ədibin “Ömür yolları” kitabını tələbələrə hədiyyə edib, arxiv videosundan Hüseyn Razinin bir şeiri öz dilindən dinlənilib.
Tehsil-press.az