Fransada koronavirusa yoluxanların sayı 130-a çatıb

Fransada koronavirusa yoluxanların sayı 130-a çatıb Fransada koronavirusdan xəstələnənlərin sayı 130 nəfərə çatıb.
Bu barədə BFMTV telekanalı Səhiyyə üzrə Ümumi Müdirliyinin rəhbəri Jerom Salomona istinadən bildirib.
Fevralın 29-da Fransada 100 koronavirusla xəstələnmə hadisəsi barədə məlumat verilmişdi.
Ən son məlumatlara görə, yoluxmuş 130 nəfərdən ikisi ölüb, 12 nəfər sağalıb, 116 nəfər xəstəxanada yatır, o cümlədən 9 nəfərin vəziyyəti ağırdır.

Tehsil-press.az

Oxşar xəbərlər