Tanınmış azərbaycanlı pianoçu Adilə Əliyeva Sumqayıtda ustad dərsi keçib

Tanınmış azərbaycanlı pianoçu Adilə Əliyeva Sumqayıtda ustad dərsi keçib Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Fransada yaşayan həmvətənimiz, Azərbaycan Respublikasının Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış azərbaycanlı pianoçu Adilə Əliyeva Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində şagird və müəllimləri üçün ustad dərsi keçib.
Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 2 sinif şagirdi Əsmər Əlizadə, 3 sinif şagirdi Artyemiy Zorikov, 6 sinif şagirdi Fidan Əlizadə və 7 sinif şagirdi Həmidə Süləymanova ustad dərsində iştirak edərək Adilə Əliyeva tərəfindən dinlənilib, yeni ifa texnikaları ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər