"VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev dərinməzmunlu, proqram xarakterli çıxış etdi. Dövlətimizin başçısının bu çıxışı mahiyyət etibarilə tarixi nitq kimi dəyərləndirilməlidir".
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi 9 fevral parlament seçkiləri uğurla keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib. Onun sözlərinə görə, ölkəmizdə keçirilən bütün seçkilər demokratik standartlara cavab verərək qanunun tələblərini özündə əks etdirir: "Şəffaf və ədalətli seçkilər Azərbaycanda demokratik siyasi sistemin başlıca göstəricisidir. Bu kontekstdə digər bir nüansa da toxunmaq vacibdir. Belə ki, Azərbaycan demokratik dövlət olaraq seçki sisteminin də beynəlxalq standartlara uyğun olaraq formalaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu fakt bir daha Azərbaycanda demokratik cəmiyyətin mövcudluğunu, eləcə də siyasi sistemin demokratiklik səviyyəsinin nümunəvi xarakter daşıdığını göstərir. VI çağırış Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması, həm parlament rəhbərliyinin, həm də komitə rəhbərliyinin də bu əsasda formalaşması bir daha Azərbaycanın demokratik prinsiplərə sadiqliyini ifadə edir. Xüsusilə, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə qadının sədr seçilməsi mühüm hadisədir".
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tarixi nitqində ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də dünyada və regionumuzda baş verən proseslər haqqında fikirlərini bildirdi. Həmçinin, dövlətimizin başçısı Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Cənab Prezident qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar.
"Cənab Prezident çıxışında deputatların beynəlxalq sahədə fəaliyyətinə də xüsusi toxunaraq müvafiq tövsiyələr verdi. Dövlətimizin başçısı qeyd etdi ki, Milli Məclisin üzvləri beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etməlidirlər. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq təşkilatlarda fəallıq daha da yüksək olmalıdır: "Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar".
Cənab Prezidentin qeyd etdiyi kimi, biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. Dövlətimizin başçısı çıxışında vuğulayıb: "O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır".
Hesab edirəm ki, biz millət vəkilləri olaraq cənab Prezidentin iradlarından ciddi nəticələr çıxarmalı, dövlət başçısının dəyərli tövsiyələrinə yüksək səviyyədə əməl etməli, bizə göstərilən etimadı layiqincə doğrultmalıyıq"-deyə, S.Fətəliyeva vurğulayıb.
Tehsil-press.az