AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda dünya ölkələrində aşkarlanan koronavirus epidemiyasına qarşı (COVID-19) tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilib.
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə elmi müəssisənin laboratoriya otaqları, konfrans zalı, kitabxana və dəhlizlərində dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Fiziologiya İnstitutunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə davamlı olaraq işlər görülür. Eyni zamanda, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə məlumatlılığın artırılması məqsədilə koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında institut əməkdaşlarına maarifləndirici məlumat verilib. Bildirilib ki, baş ağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinərsə, dərhal həkimə müraciət edilməlidir. Profilaktik tədbirlər olaraq əlləri yumaq, spirtlə təmizləmək, ət məhsullarını tam bişirmək, immuniteti gücləndirmək, C vitamini qəbul edilməsi önəmlidir.
Tehsil-press.az