UNEC-də distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı tamamlandı.
UNEC-in rektoru, professor Ədalət Muradov kursu uğurla bitirən məzunlarla goruşüb. Tədrisin təşkilində və keyfiyyətinin artırılmasında tyutorların vacib rol oynadıqlarını bildirən rektor, distant təhsil formasının əhəmiyyətindən söz açaraq, bildirib ki, proqramın əsas məqsədi Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələblərini dərindən bilən, tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanması və UNEC-də tyutor bazasının formalaşdırılmasıdır.
Rektor distant təhsili gələcəyin kütləvi ali təhsil forması kimi gördüyünü vurğulayıb. Müasir tələblərə cavab verən, yüksək maddi-texniki bazaya malik olan UNEC Eksterndə müxtəlif istiqamətlər üzrə distant təhsilin davam etdiriləcəyini bildirib.
Proqramı uğurla başa vuran məzunlar 3 aylıq tədris müddətində təcrübəli ekspertlər tərəfindən tyutorluq sahəsində nəzəri biliklərlə yanaşı, praktiki təcrübə də qazandıqlarını bildiriblər. Proqrama UNEC-lə yanaşı, digər ali təhsil müəssisələrindən də qatılan əməkdaşlar UNEC Eksternin imkanlarını yüksək qiymətləndirərək burada əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm rol oynayacağını qeyd ediblər.
Sonda rektor, professor Ədalət Muradov proqramı müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatları təqdim edib.

Elnarə Məmmədova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC),
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri