Azərbaycan Respublikası ərazisinin düzənlik və dağətəyi zonalarında regional müşahidə şəbəkəsi üzrə yeraltı suların monitorinqi işlərinin aparılması, respublika ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi nəzərdə tutulur.
Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb. İşin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.
Dövlət Proqramında qeyd olunur ki, Lənkəran iqtisadi rayonu ərazisinin və Quba-Şabran çökəkliyinin seysmohidrogeodinamik şəraiti, Qobustan-Aşağı Kür tektonik zonasının dərinlik geoloji tektonik quruluşu öyrəniləcək və qiymətləndiriləcək.
Tehsil-press.az